Rent a Car Baku

Xüsusilə tarixi yerləri gəzmək və Azərbaycanın rəngarəng təbiəti ilə tanış olmaq istəyən turistlər üçün “VIPCARS Rent a Car Baku” şirkəti türk, rus, ingilis və ərəb dillərini bilən peşəkar sürücülərlə turlar təşkil edir.

Əvvəlcədən hazırlanmış turlarda qonaqlar rahat nəqliyyatdan və peşəkar sürücülərimizin xidmətlərindən yararlana bilərlər.

Bu sektorda hər zaman dinamik və yüksək ixtisaslı bir şirkət olaraq qalmaq üçün xidmət keyfiyyətini daim artırırıq. Yüksək keyfiyyətli və təhlükəsiz sürücü ilə nəqliyyat xidmətləri göstərmək və müştərilərimizin ehtiyaclarını ödəməkdən şərəf duyuruq.

“VIPCARS Rent a Car Baku” şirkəti daima yeniliklərə, yeni texnologiyaları tətbiq etməyə üstünlük verir. Məqsədimiz ölkədə turizmin inkişafı üçün bu sektordakı nüfuzu artırmaqdır.

Şamaxı, İsmayıllı, Qəbələ, Oguz, Şəki, Zaqatala, Quba, Qusar və s. kimi ölkəmizin gözəl guşələrinə səyahət edərək, bütün gəzib – görməli yerləri canlı görməyə sizi dəvət edirik!